satellite   Azerspace-1: 11135 H 30000

Joze Mourinyo "Çelsi"nin təklifinə rədd cavabı verib

Joze Mourinyo "Çelsi"nin təklifinə rədd cavabı verib

"Roma" futbol klubunun baş məşqçisi Joze Mourinyo İtaliyada qalmaq istəyir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, portuqaliyalı mütəxəssisə "Çelsi"dən təklif gəlib. Lakin o, İngiltərə təmsilçisini çalışdırmaqdan imtina edib. Mourinyo London klubunun nümayəndələrinə Roma təmsilçisində qalmaq istədiyini bildirib.

Qeyd olunur ki, məşqçi "Roma"nın sahibləri ilə klubdakı gələcəyini müzakirə etmək istəyir. O, 2004-2007-ci illərdə və həmçinin 2013-2015-ci illərdə "Çelsi"ni çalışdırıb və 3 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM