satellite   Azerspace-1: 11135 H 30000

Minifutbol üzrə Azərbaycan millisi Serbiya yığması ilə qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisi Serbiya yığması ilə qarşılaşacaq

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində qrup mərhələsinə yekun vurulacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, B qrupunda yer alan Türkiyə millisi Cənubi Afrika Respublikası, Fransa isə Qazaxıstan ilə qarşılaşacaq.

A qrupu çərçivəsində isə İtaliya - Çexiya və Azərbaycan – Serbiya matçları oynanılacaq. Millimizin oyunu saat 19:00-da başlayacaq.

Millimiz ilk oyunda Çexiya ilə qolsuz heç-heçə edib. Daha sonra İtaliya və Gürcüstan seçmələrinə 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. İkinci və üçüncü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM