satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın iki boksçusu dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib

Azərbaycanın iki boksçusu dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib

Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə dünya çempionatı davam edir. Yarışın dördüncü günündə - mayın 4-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, yığmamızın üzvü Tural Sarıyev (48 kq) dünya çempionatında debüt görüşünü Al-Jaleel Jokhuya (Trinidad və Tobaqo) qarşı keçirib. O, rəqibini 4:1 hesabı ilə məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb. T.Sarıyev növbəti qarşılaşmasında tailandlı Vuttiçai Yuraçaini sınağa çəkəcək. Döyüş mayın 8-nə təsadüf edəcək.

Dünya çempionatının mükafatçısı Məhəmməd Abdullayev (+92 kq) startda Ernandes Kruzla (Meksika) üz-üzə gəlib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn boksçumuz səkkizdəbir final mərhələsinə yüksəlib. O, ikinci döyüşündə tanzaniyalı Aleks Sulva ilə üz-üzə gələcək. Görüş mayın 7-də baş tutacaq.

Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı çempionat mayın 14-də bitəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM