satellite   Azerspace-1: 11135 H 30000

Şahmat üzrə muxtar respublika birinciliyi sona çatıb - FOTOLAR

Şahmat üzrə muxtar respublika birinciliyi sona çatıb<font color=red> - FOTOLAR</font> Şahmat üzrə muxtar respublika birinciliyi sona çatıb<font color=red> - FOTOLAR</font> Şahmat üzrə muxtar respublika birinciliyi sona çatıb<font color=red> - FOTOLAR</font> Şahmat üzrə muxtar respublika birinciliyi sona çatıb<font color=red> - FOTOLAR</font>

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə muxtar respublika birinciliyində qalib və mükafatçılar bəlli olub.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Şahmat Mərkəzində keçirilən yarışa 142 şahmatçı qatılıb. Şəxsi birincilik xarakteri daşıyan yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.

Ərturan İsmayılov 8,5 xallıq göstərici ilə yarışın qalibi olub. Uğur Həsənli 8 xalla ikinci, Mirsaleh Seyidli isə üçüncü olub. Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar. 

Qeyd edək ki, yarış Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

"Heydər Əliyev İli" və dahi şəxsiyyətin 100 illik yubileyi münasibətilə muxtar respublikada silsilə idman tədbirləri davam etdiriləcək. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM