satellite   Azerspace-1: 11135 H 30000

“The Guardian”: III Çarlzın tacqoyma günü dron uçuşlarına qadağa qoyulub

“The Guardian”: III Çarlzın tacqoyma günü dron uçuşlarına qadağa qoyulub

Mayın 6-da Vestminsterdə keçiriləcək Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi zamanı Londonun mərkəzində pilotsuz uçuş aparatlarının (PUA - dron) havaya qaldırılması qadağan edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Qeyd olunur ki, Londonun mərkəzindən 4 kilometr radiusda 760 metrdən aşağı hündürlükdə pilotsuz təyyarələrin uçuşlarına qadağa qoyulması barədə əmr cümə axşamı tacqoyma mərasimi ilə bağlı ümumi təhlükəsizlik tədbirləri çərçivəsində verilib. Nəşrin mənbələrinin məlumatına görə, London polisi mərasim zamanı ehtiyac yaranacağı halda, PUA-lara qarşı tətbiq etmək üçün silahlar əldə edib.

74 yaşlı III Çarlzın tacqoyma mərasimi 200-dək ölkədən 2,2 mindən çox insanın iştirakı ilə keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM