satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan boksçusu Nəbi İsgəndərov dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Nəbi İsgəndərov dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, çempionatda 67 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/16 finalda Ali Habibinejadla (İran) döyüşüb.

Görüş N.İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Gəncə boks məktəbinin yetirməsi rəqibini 4:1 hesabı ilə məğlub edib. O, səkkizdəbir finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Döyüş mayın 9-da olacaq.

Qeyd edək ki, 107 ölkədən 538 boksçunun qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM