satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha iki oyunu keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, günün ilk matçında "Neftçi" "Turan Tovuz"un qonağı olacaq.

Tovuz şəhər stadionundakı qarşılaşma saat 15:00-da başlayacaq. Görüşü Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Bölgə təmsilçisi 32 xalla 6-cı, "ağ-qaralar" 61 xalla 3-cü pillədə qərarlaşıb.

Digər oyunda isə "Sumqayıt" və "Səbail" münasibətlərə aydınlıq gətirəcəklər. “Kapital Bank Arena”dakı matç saat 19:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. "Gənclik şəhəri" təmsilçisi 28 xalla 8-ci, "dənizçilər" 22 xalla sonuncu-10-cu sıradadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM