satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: Yarımfinal mərhələsinin ilk oyunlarının hakimləri bəlli olub

Çempionlar Liqası: Yarımfinal mərhələsinin ilk oyunlarının hakimləri bəlli olub

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarının hakim təyinatları bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, İspaniyada "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları arasındakı görüşü portuqaliyalı Artur Diaş idarə edəcək. Ona həmyerliləri Paulu Soareş və Pedru Ribeyru köməklik göstərəcək. Dördüncü hakim italiyalı Daniele Orsato olacaq.

İtaliyada "Milan" və "İnter" komandalarının dueli isə ispaniyalı Xesus Hil Mansanoya tapşırılıb. Ona Dieqo Barbero və Anxel Nevado Rodriges yardımçı olacaq. Dördüncü referi Xose Sançesdir.

Qeyd edək ki, "Real Madrid" - "Mançester Siti" qarşılaşması mayın 9-da, "Milan" - "İnter" matçı mayın 10-da gerçəkləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM