satellite   Azerspace-1: 11135 H 30000

Cüdoçumuz Hidayət Heydərov dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

 Cüdoçumuz Hidayət Heydərov dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycan cüdoçusu Hidayət Heydərov Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, çempionatda 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz moldovalı Adil Osmanov, ABŞ təmsilçisi Cek Yonezuka və kanadalı Artur Margelidona qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ikiqat Avropa çempionu italiyalı Manuel Lombardoya məğlub olan H.Heydərov bürünc medal uğrunda görüşə çıxacaq.

İdmançımız üçüncü yer uğrunda görüşdə yaponiyalı altıqat dünya çempionu Soişi Haşimoto ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi hələ çempionatda medal qazana bilməyib. Dünya çempionatı mayın 14-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM