satellite   Azerspace-1: 11135 H 30000

Cüdoçumuz Hidayət Heydərov dünya çempionatında beşinci olub

Cüdoçumuz Hidayət Heydərov dünya çempionatında beşinci olub

Azərbaycan cüdoçusu Hidayət Heydərov Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında beşinci olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, çempionatda 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz moldovalı Adil Osmanov, ABŞ təmsilçisi Cek Yonezuka və kanadalı Artur Margelidona qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ikiqat Avropa çempionu italiyalı Manuel Lombardoya məğlub olan H.Heydərov bürünc medal uğrunda görüşə çıxıb. Yaponiyalı altıqat dünya çempionu Soişi Haşimoto ilə görüşdən məğlub olan H.Heydərov çempionatı medalsız başa vurub.

Qeyd edək ki, Azərbaycan millisi hələ çempionatda medal hesabını aça bilməyib. Dünya çempionatı mayın 14-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM