satellite   Azerspace-1: 11135 H 30000

UEFA Çempionlar Liqası: “Milan” klubu “İnter”i qəbul edəcək

UEFA Çempionlar Liqası: “Milan” klubu “İnter”i qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yarımfinalın ikinci matçında İtaliya təmsilçiləri üz-üzə gələcəklər. “Milan” klubu “İnter”i qəbul edəcək.

“San Siro” stadionunda keçiriləcək görüşü ispaniyalı Xesus Xil Mansano idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar arasında cavab matçı mayın 16-da keçiriləcək.

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniyanın “Real Madrid” komandası öz meydanında İngiltərənin “Mançester Siti” klubu ilə heç-heçəyə razılaşıb – 1:1.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM