satellite   Azerspace-1: 11135 H 30000

"Barselona" kapitanı Serxio Busketslə vidalaşıb

"Barselona" kapitanı Serxio Busketslə vidalaşıb

İspaniyanın "Barselona" klubu mövsümün sonunda futbolçusu Serxio Busketslə yollarını ayıracağını açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Kataloniya təmsilçisi bu barədə rəsmi tviter hesabında paylaşım edib.

Postda "Barsa" əfsanəsi ilə vidalaşır" yazılıb.

Qeyd edək ki, 2008-ci ildən əsas komandada çıxış edən Serxio Buskets 721 matçda iştirak edib, 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

35 yaşlı kapitan bu müddət ərzində 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda klublararası dünya çempionatının və UEFA Super Kubokunun, 8 dəfə İspaniya La Liqasının, 7 dəfə isə ölkə kubokunun və Superkubokunun qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM