satellite   Azerspace-1: 11135 H 30000

Bundesliqa klubu baş məşqçisi ilə müqaviləni yeniləyib

Bundesliqa klubu baş məşqçisi ilə müqaviləni yeniləyib

Almaniyanın “Köln” futbol klubu baş məşqçisi Şteffen Baumqart ilə müqaviləni yeniləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mütəxəssislə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Ş.Baumqart ilə əvvəlki müqavilə 2024-cü il iyunun 30-dək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Baumqart 2021-ci ildən “Köln”ü çalışdırır. Komanda hazırda 38 xalla Bundesliqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM