satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: “İnter” “Milan”ı məğlub edib

Çempionlar Liqası: “İnter” “Milan”ı məğlub edib

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yarımfinal mərhələsinin ikinci matçında İtaliya "Milan"ı eyni şəhərin digər təmsilçisi "İnter"i qəbul edib. "San Siro" stadionundakı görüş qonaqların qələbəsi ilə başa çatıb. Hesabı 8-ci dəqiqədə Edin Ceko açıb. Cəmi 3 dəqiqə sonra Henrix Mxitaryan ikinci topu meydan sahiblərinin qapısından keçirib. Oyun bu hesabla da başa çatıb.

Komandalar arasında cavab qarşılaşması mayın 16-da olacaq.

Yarımfinalın ilk oyununda İspaniya "Real Madrid"i evdə İngiltərənin "Mançester Siti" klubu ilə 1:1 hesablı heç-heçə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM