satellite   Azerspace-1: 11135 H 30000

FIFA və UEFA azərbaycanlı futbolçunun vəfatı ilə bağlı başsağlığı veriblər

FIFA və UEFA azərbaycanlı futbolçunun vəfatı ilə bağlı başsağlığı veriblər

FIFA və UEFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Qarabağ” klubunun əvəzedici komandasının üzvü Şirxan Həsənzadənin vaxtsız vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, hər iki qurum tərəfindən AFFA-ya müvafiq məktub ünvanlanıb.

FIFA-nın prezidenti Canni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridisin imzaladığı məktublarda futbolçunun ailəsinə, AFFA-ya, millidə və klubda onunla birgə çıxış etmiş komanda yoldaşlarına təşkilatlar adından başsağlığı verilib.

Qeyd edək ki, Şirxan Həsənzadə mayın 8-də vəfat edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM