satellite   Azerspace-1: 11135 H 30000

Konfrans Liqası: "Bazel" və "Vest Hem" qələbə qazanıb

Konfrans Liqası: "Bazel" və "Vest Hem" qələbə qazanıb

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, "Fiorentina" öz meydanında İsveçrənin "Bazel" klubuna məğlub olub. Hesabı Kabralın qolu ilə meydan sahibləri açsalar da, “Bazel” futbolçuları ikinci hissədə Diuf və Zekirinin qolları ilə oyunda dönüş etməyi bacarıblar -1:2.

Günün digər matçı isə Londonda oynanılıb. “Vest Hem" öz meydanında hesabda geriyə düşdüyü matçda Niderlandın "AZ Alkmaar" klubunu üstələyib - 2:1.

Meydan sahiblərinin heyətində Benrahma (penalti) və Maykl Antonio fərqləniblər. "AZ Alkmaar"ın yeganə qoluna isə Reynders imza atıb.

Yarımfinalın cavab görüşləri bir həftə sonra oynanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM