satellite   Azerspace-1: 11135 H 30000

Lionel Messi PSJ ilə qalmaqaldan sonra ilk oyununa start heyətində çıxacaq

Lionel Messi PSJ ilə qalmaqaldan sonra ilk oyununa start heyətində çıxacaq

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi parislilərlə yaşadığı qalmaqaldan sonra ilk oyununa ölkə çempionatının XXXV turunda “Ayaçço” ilə matçda çıxacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu komandanın baş məşqçisi Kristof Qaltye açıqlayıb.

O bildirib ki, argentinalı hücumçu mayın 13-də baş tutacaq qarşılaşmada start heyətində yer alacaq: “Messi qayıtdıqdan sonra onunla görüşdüm. Psixoloji durumu qaydasındadır və oynamağı çox istəyir. Məşqlərdə də mükəmməl performans göstərib”.

Qeyd edək ki, Lionel Messi Səudiyyə Ərəbistanına icazəsiz getdiyi üçün iki həftəlik komandadan uzaqlaşdırılıb, lakin üzrxahlıq videosu paylaşdıqdan sonra kollektivə bir həftə tez qaytarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM