satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan paraatleti Lamiyə Vəliyeva Qran-Pri turnirində daha bir qızıl medal qazanıb

Azərbaycan paraatleti Lamiyə Vəliyeva Qran-Pri turnirində daha bir qızıl medal qazanıb

Azərbaycan paraatleti Lamiyə Vəliyeva İtaliyanın Cesolo şəhərində keçirilən Qran-Pri turnirində daha bir qızıl medal qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, Paralimpiya çempionumuz 100 metr məsafəyə qaçış yarışlarında 12.45 saniyə nəticə göstərərək birinci olub.

Lamiyə Vəliyeva bu nəticə ilə iyulda Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.

Qeyd edək ki, paraatletimiz ötən gün 400 metr məsafəyə qaçış yarışlarda birinci olub və dünya çempionatına vəsiqə qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM