satellite   Azerspace-1: 11135 H 30000

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Gənclər və İdman Nazirliyinə istinadla bildirir ki, buna səbəb hazırda ot örtüyünün istismara yararsız olmasıdır.

Meydançaya xidmət göstərilməsi mütəmadi olaraq müasir standartlara uyğun aparılır. Lakin stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə əsaslı şəkildə 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübədə bu tip yenilənmələr 5-6 ildən bir aparılır. Uzunmüddətli istifadədən sonra stadionun ot örtüyünün yenilənməsinə ehtiyac var idi. Buna görə də “Sabah" - “Beşikdaş” yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılıb. Meydança tam bərpa edildikdən sonra, avqustun ortalarında istifadəyə verilməsi nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM