satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: Bu gün ilk finalçı bəlli olacaq

Çempionlar Liqası: Bu gün ilk finalçı bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində bəlli olacaq. Birinci oyunda "İnter"ə 0:2 hesabı ilə uduzan "Milan" məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

"Cüzeppe Meatsa" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
16 may

23:00. "İnter" (İtaliya) - "Milan" (İtaliya)
Baş hakim: Kleman Türpen (Fransa)
Milan, "Cüzeppe Meatsa" stadionu
İlk oyun - 2:0

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"nin qonağı olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM