satellite   Azerspace-1: 11135 H 30000

Şuşa mötəbər basketbol yarışına ev sahibliyi edəcək

Şuşa mötəbər basketbol yarışına ev sahibliyi edəcək

Xəbər verdiyimiz kimi, mayın 20-21-də Astarada qadınlar arasında 3x3 basketbol üzrə dünya qadın seriyasının oyunları keçiriləcək. Turnirdə 3x3 qadın milli komandamızla yanaşı, ikisi klub olmaqla, ümumilikdə, 12 komanda iştirak edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, Astaradan sonra Şuşa və Bakı da mötəbər basketbol yarışlarına ev sahibliyi edəcəklər.

Astarada təşkil olunacaq turnirdə Azərbaycan, Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriyanın yığma komandaları, Çinin "Yuanda" və yerli "Neftçi" klubları mübarizə aparacaqlar.

Qeyd edək ki, 3x3 basketbol üzrə dünya qadın seriyasının oyunları Astara şəhər bulvarında keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM