satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində müəyyənləşib. Birinci oyunda "Milan"a 2:0 hesabı ilə qalib gələn "İnter" "Cüzeppe Meatsa" stadionundakı ikinci görüşdə də əzəli rəqibini məğlub edib - 1:0. Yeganə qolu 74-cü dəqiqədə Lautaro Martines vurub.

Simone İnzaginin baş məşqçi olduğu kollektiv bu nəticə ilə 13 ildən sonra yenidən Çempionlar Liqasının finalına yüksəlib.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
16 may

23:00. "İnter" (İtaliya) - "Milan" (İtaliya) - 1:0
Qol: 
Lautaro Martines, 74
Baş hakim: Kleman Türpen (Fransa)
Milan, "Cüzeppe Meatsa" stadionu
İlk oyun - 2:0

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Bu komandaların Madriddə keçirilmiş ilk duelində heç-heçə qeydə alınıb - 1:1.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM