satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, təxirə salınmış oyunda “Sumqayıt” komandası “Sabah”ı qəbul edəcək.

Hazırda paytaxt klubu 77 xalla turnir cədvəlində ikinci, “Sumqayıt” isə 28 xalla səkkizinci pillədə qərarlaşıb.

“Kapital Bank Arena”da keçiriləcək matç saat 19:30-da başlayacaq.

Bu görüş “Sabah”ın Türkiyənin “Beşiktaş” komandası ilə keçirdiyi xeyriyyə matçına (3:3) görə təxirə salınıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Kəpəz"lə, "Neftçi" "Şamaxı" ilə 1:1 hesablı sülhə razılaşıb, "Turan Tovuz" Qəbələdə eyniadlı komandanı 2:1, "Qarabağ" isə səfərdə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM