satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda keçirilən voleybol turnirinin qalibləri bəlli olub - FOTOLAR

Naxçıvanda keçirilən voleybol turnirinin qalibləri bəlli olub<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən voleybol turnirinin qalibləri bəlli olub<font color=red> - FOTOLAR</font>

Kişi voleybolçular arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş muxtar respublika turnirinə yekun vurulub.

Naxçıvan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində 8 komandanın iki gün ərzindəki qələbə mübarizəsində bu gün keçirilən həlledici oyunlardan sonra mükafatçılar bəlli olub. Final matçından qabaq Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupu və solistləri konsert proqramı ilə çıxış ediblər.

Həlledici oyunda "Sədərək" komandasını 3:1 hesabı ilə məğlub edən “Naxçıvan” birinciliyin qalibi olub. Üçüncülük matçında isə “Şərur” və “Culfa” voleybolçuları meydanda olub. Görüş şərurluların qələbəsi ilə yekunlaşıb. İlk üçlükdəki komandalar diplom və medallarla təltif olunub. Qalib komandaya kubok təqdim edilib.

Komandalara mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və Naxçıvan Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli təqdim ediblər.

Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan turnirin məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, voleybolçuların oyun təcrübəsini artırmaq və bu sahədə kütləviliyə, ümumi inkişafa zəmin yaratmaqdan ibarət olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM