satellite   Azerspace-1: 11135 H 30000

Portuqaliyanın məşhur klubları vergi saxtakarlığı və çirkli pulların yuyulmasında şübhəli bilinirlər

Portuqaliyanın məşhur klubları vergi saxtakarlığı və çirkli pulların yuyulmasında şübhəli bilinirlər

Portuqaliyanın məşhur klubları “Benfika”, “Sportinq” və “Portu” futbolçuların transferlərində vergi saxtakarlığı və çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi CNN-ə istinadən xəbər verir ki, vergi orqanları bu məqsədlə adıçəkilən klubların stadionlarında axtarışlar aparıb.

“Benfika”da yarımmüdafiəçi Qonçalo Qedeşin Fransa təmsilçisi PSJ-yə keçidi, eyni zamanda, 2015-2020-ci illər aralığındakı digər transferlər şübhə altındadır. “Portu” və “Sportinq”lə bağlı da bir sıra şübhəli məqamlar var. Bu məqsədlə “Portu”nun prezidentinin, həmçinin, onun oğlunun evində axtarışlar aparılıb.

Hazırda 47 nəfər prosesdə təqsirləndirilir. Ümumilikdə 58 milyon avro sui-istifadə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM