satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Super Liqası: "Fənərbağça" "Trabzonspor"a qalib gəlib

Türkiyə Super Liqası: "Fənərbağça" "Trabzonspor"a qalib gəlib

Türkiyə Super Liqasında XXXIV tura mərkəzi oyunla yekun vurulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, çempionluq uğrunda mübarizə aparan "Fənərbağça" "Trabzonspor"u qəbul edib. "Ülker" stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.

Hesabı 11-ci dəqiqədə İstanbul klubundan Mişi Batşuayi açıb. 58-ci dəqiqədə Luan Peres "Fənərbağça"nın üstünlüyünü 2 topa çatdırıb. 71-ci dəqiqədə Enner Valensiya 3-cü topu qonaqların qapısından keçirib. 79-cu dəqiqədə Qara dəniz təmsilçisi Trezegenin penaltidən vurduğu qolla fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Bu qələbədən sonra xallarını 71-ə çatdıran "Fənərbağça" 2-ci pillədəki mövqeyini möhkəmlədib. Hazırda komandanı lider "Qalatasaray"dan 5 xal ayırır. 48 xalı olan "Trabzonspor" isə 8-ci sırada qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM