satellite   Azerspace-1: 11135 H 30000

Konfrans Liqasının finalında “Fiorentina” və “Vest-Hem” qarşılaşacaq

Konfrans Liqasının finalında “Fiorentina” və “Vest-Hem” qarşılaşacaq

Futbol üzrə UEFA Konfrans Liqasında finalçılar bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, səfərdə Niderlandın “Alkmar” kollektivini minimal hesabla (0:1) üstələyən İngiltərənin “Vest-Hem” klubu finala vəsiqə qazanıb. Oyunda yeganə qolu 94-cü dəqiqədə Fornals vurub. Qeyd edək ki, komandalar arasında ilk matç da “Vest-Hem”in xeyrinə başa çatmışdı – 2:1.

İkinci finalçının adına isə İsveçrədə aydınlıq gəlib. “Bazel” klubu İtaliyada sürpriz şəkildə “Fiorentina”nı məğlubiyyətə uğratsa da (2:1), öz meydanın bu uğurun ardını gətirə bilməyib. Səfərdə parlaq oyun sərgiləyən florensiyalılar rəqiblərindən 3:1 hesabı ilə üstün olublar. Oyunda qolları “Fiorentina”dan Nikolas Qonzales (2) və Barak vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Amduni imza atıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM