satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanlı alpinist dünyanın 5-ci ən hündür zirvəsində bayrağımızı dalğalandırıb

Azərbaycanlı alpinist dünyanın 5-ci ən hündür zirvəsində bayrağımızı dalğalandırıb

Everesti və şimal qütbünü fəth edən ilk azərbaycanlı alpinist, Azərbaycan Alpinizm Federasiyasının Baş katibi İsrafil Aşurlı Nepalda yerləşən Makalu zirvəsini fəth edərək bayrağımızı dalğalandırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Hündürlüyü 8 485 metr olan Makalu dünyanın 5-ci ən hündür zirvəsidir və səkkiz minliklər arasında ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i burada uğur qazana bilir.

Bu, İsrafil Aşurlının fəth etdiyi sayca 6-cı səkkiz minlik zirvədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM