satellite   Azerspace-1: 11135 H 30000

İtaliya Futbol Federasiyası "Yuventus"a qarşı yeni ittiham irəli sürüb

İtaliya Futbol Federasiyası "Yuventus"a qarşı yeni ittiham irəli sürüb

İtaliya Futbol Federasiyası (FIGC) "Yuventus"a qarşı yeni ittiham irəli sürüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi qurumun rəsmi saytına istinadən xəbər verir ki, Turin klubu bu dəfə maaş maxinasiyasında günahlandırılır. "Qoca sinyora"nın bu işdə yeddi sabiq futbolçusundan və hazırkı direktorundan istifadə etdiyi bildirilib.

İddiaya görə, əməkhaqqı hesabatlarının manipulyasiyası COVID-19 pandemiyası zamanı illik balansda itkiləri süni şəkildə azaltmaq məqsədi daşıyıb.

Qeyd edək ki, daha əvvəl İtaliya Futbol Federasiyası maliyyə fırıldaqçılığına görə "Yuventus"un 15 xalını silib. Amma ötən ay komandanın xalları yenidən bərpa olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM