satellite   Azerspace-1: 11135 H 30000

"Norway Chess": Şəhriyar Məmmədyarov hindistanlı Qukeş Dommaraku ilə qarşılaşacaq

"Norway Chess": Şəhriyar Məmmədyarov hindistanlı Qukeş Dommaraku ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirəcək.

Naxçıvan televiziyası xəbər verir ki, 38 yaşlı qrossmeyster üçüncü turda hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gələcək.

Ş.Məmmədyarov hazırda 1,5 xalla norveçli Maqnus Karlsenlə birlikdə 8-9-cu pillələri bölüşür. Aktivində 3 xal olan Dommaraku isə Fransanı təmsil edən Alireza Firuzca ilə 4-5-ci yerdədir.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1,5, məğlub olan tərəf isə 1 xal əldə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM