satellite   Azerspace-1: 11135 H 30000

Luka Modriç Səudiyyə Ərəbistanında oynamaq istəyir

Luka Modriç Səudiyyə Ərəbistanında oynamaq istəyir

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç komanda yoldaşı Kərim Benzema ilə birlikdə karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Naxçıvan televiziyası "OK Diario" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisindən ayrılmaq istəyir.

Xorvatiyalı oyunçu klub rəhbərliyini məlumatlandırıb.

Modriçin sözügedən ölkədən 3 il ərzində 120 milyon avro qazana biləcəyi təklif aldığı bildirilib.

Qeyd edək ki, təcrübəli futbolçunun "Real Madrid"lə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM