satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanı Avropa Paralimpiya Oyunlarında 45 idmançı təmsil edəcək

Azərbaycanı Avropa Paralimpiya Oyunlarında 45 idmançı təmsil edəcək

Azərbaycan komandası avqustun 5-21-də Niderlandın Rotterdam şəhərində keçiriləcək Avropa Paralimpiya Oyunlarında iştirak edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə nümayəndə heyətinin missiya rəhbəri idman şöbəsinin aparıcı mütəxəssisi Leyli Aslanova təyin olunub.

“Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran yarışlarda ölkəmiz ümumilikdə 45 idmançı ilə təmsil olunacaq. İdmançılar cüdo, boccia, qolbol, kamandan oxatma, güllə atıcılığı, taekvondo və badminton növlərində öz güclərini sınayacaqlar.

Qeyd edək ki, L.Aslanova “Tokio-2020” Yay Paralimpiya Oyunlarında nümayəndə heyətinin missiya rəhbərinin müavini vəzifəsində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM