satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: UEFA final matçının baş hakimini dəyişməyəcək

Çempionlar Liqası: UEFA final matçının baş hakimini dəyişməyəcək

UEFA Çempionlar Liqasının final oyununun baş hakimini dəyişməyəcək.

Naxçıvan televiziyası Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, polşalı Şimon Marçinyakın İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək həlledici matça təyinatı təsdiqlənib.

Ölkəsində ultrasağçı siyasətçi, homofob və antisemit fikirləri ilə tanınan “Yeni Ümid” partiyasının rəhbəri Slavomir Mentsenin təşkil etdiyi aksiyaya qatılan FIFA referisi davranışına görə üzr istəyib. Bundan sonra UEFA-nın Nizam-İntizam Komitəsi Marçinyakı bağışlayıb.

Qeyd edək ki, final qarşılaşması iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM