satellite   Azerspace-1: 11135 H 30000

“Norway Chess”: Şəhriyar Məmmədyarov ABŞ şahmatçısı ilə üz-üzə gələcək

“Norway Chess”: Şəhriyar Məmmədyarov ABŞ şahmatçısı ilə üz-üzə gələcək

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirəcək.

Naxçıvan televiziyası xəbər verir ki, 38 yaşlı qrosmeyster altıncı turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.

Şəhriyar Məmmədyarov 7 xalla hindistanlı Qukeş Dommaraku ilə birlikdə 4-5-ci, 6 xala malik So niderlandlı Aniş Giri ilə 7-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM