satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan kuboku yarışlarında mövsümün rekordu qeydə alınıb

Azərbaycan kuboku yarışlarında mövsümün rekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan kuboku yarışlarında mövsümün rekordu qeydə alınıb. Bu, “Neftçi” ilə “Qəbələ” arasında finala təsadüf edib. “Bakcell Arena”dakı görüşü 9 min tamaşaçı izləyib.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, mövsümün 19 kubok oyununun ən yüksək göstəricisidir. Finaladək rekord 5 minə bərabər idi. Yarımfinalın “Neftçi” və “Turan Tovuz” arasında hər iki qarşılaşmasında 5 min seyrçi olub.

Ümumilikdə, kubok yarışlarının 19 matçında 31 min 980 izləyici qeydə alınıb. Orta hesabla hər oyunu 1683 tamaşaçı seyr edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM