satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanı Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında təmsil edəcək cüdoçular müəyyənləşib

Azərbaycanı Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında təmsil edəcək cüdoçular müəyyənləşib

Azərbaycan cüdoçuları Sloveniyanın Maribor şəhərində təşkil olunacaq Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalına (EYOF) yollanıblar.

Azərbaycan Cüdo Federasiyasından Naxçıvan televiziyası-a bildiriblər ki, yarışda ölkəmizi 12 çəki dərəsində 8 oğlan və 4 qız idmançı təmsil edəcək.

Turnirdə Nihad Məmişov (50 kq), Ayxan Mirzəzadə (55 kq), Məhəmməd Musayev (60 kq), Cəsur İbadlı (66 kq), Süleyman Şükürov (73 kq), Hüseyn Eyvazlı (81 kq), Aslan Kotsoyev (90 kq), Ramazan Əhmədov (+90 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq) və Kamilla Toholiyeva (63 kq) tatamiyə çıxacaqlar.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlığı ilə maraqlanıb və cüdoçulara uğurlar arzulayıb.

Yarışlarda cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM