satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” yeni transferini UEFA-ya sifariş edib

“Qarabağ” yeni transferini UEFA-ya sifariş edib

“Qarabağ” yeni transferi Patrik Andradeni UEFA-ya sifariş edib.

Naxçıvan televiziyası-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la keçiriləcək oyunlar üçün yarımmüdafiəçinin adını iştirak ərizəsinə salıb.

Serbiya klubu “Partizan”dan qayıdan 30 yaşlı orta sahə oyunçusu “Rakuv”la matçlarda məşqçilər korpusunun sərəncamında olacaq. Baş məşqçi Qurban Qurbanovun ixtiyarında hazırda 26 oyunçu var.

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM