satellite   Azerspace-1: 11135 H 30000

“Real Madrid” yoldaşlıq görüşündə “Milan” üzərində əzmkar qələbə qazanıb

“Real Madrid” yoldaşlıq görüşündə “Milan” üzərində əzmkar qələbə qazanıb

ABŞ-nin Los-Anceles şəhərindəki “Rouz Boul Stadium” stadionunda İspaniyanın “Real Madrid” və İtaliyanın “Milan” klubları arasında yoldaşlıq görüşü keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, matç İspaniya təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb.

Matçın birinci hissəsində İtaliya komandası 2:0 hesabı ilə irəli düşüb. Belə ki, Fikayo Tomori (25-ci dəqiqə) və Luka Romero (42) fərqləniblər. İlk hissədəki inamlı hesaba baxmayaraq, “qırmızı-qaralar” üstünlüyünü qoruya bilməyib. Kral klubunun uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde 2 dəqiqə içində dubla (57, 59) və Vinisius (84) 1 qola imza atıblar.

Beləliklə, yoldaşlıq görüşü “Real Madrid”in “Milan” üzərində 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Madrid klubunun yeni transferi türkiyəli Arda Gülər ehtiyatda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM