satellite   Azerspace-1: 11135 H 30000

UEFA Konfrans Liqası: Bu gün Azərbaycan klublarının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olacaq

UEFA Konfrans Liqası: Bu gün Azərbaycan klublarının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılacaq.

Naxçıvan televiziyası xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Azərbaycanın turnirdəki təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin də potensial rəqibləri müəyyənləşəcək.

Hər üç komandanın cütlüyü püşk zamanı səpələnməmişlər səbətində yer alacaq. Bu mərhələdən yarışa qoşulacaq komandalardan “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Vyana, Avstriya) və “Aruka” (Portuqaliya) Azərbaycan klublarının potensial rəqibləri sırasındadırlar.

Qeyd edək ki, Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin oyunları avqustun 10-da və 17-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM