satellite   Azerspace-1: 11135 H 30000

Fərrux Mahmudov “Neftçi”nin prezidenti təyin edilib

Fərrux Mahmudov “Neftçi”nin prezidenti təyin edilib

Fərrux Mahmudov “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti (baş icraçı direktoru) təyin edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "ağ-qaralar"ın rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Qeyd edək ki, 1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdə isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.

F.Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olmuşdur. F.Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Evlidir, 3 övladı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM