satellite   Azerspace-1: 11135 H 30000

"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini heyətinə qatıb

"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini heyətinə qatıb

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, “Qarabağ” klubunun yetirməsi Zamiq Əliyev qarşıdakı bir il ərzində komandanın formasını geyinəcək.

Ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən 22 yaşlı mərkəz müdafiəçisi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də heyətində yer alıb.

Xatırladaq ki, "Araz-Naxçıvan" bunadək Nuno Migel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayevlə müqavilə imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM