satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

Azərbaycan klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

Azərbaycan klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Naxçıvan televiziyası xəbər verir ki, “Sabah” ikinci mərhələsində Latviyanın RFŞ komandasını keçsə, Serbiya "Partizan"ı ilə qarşılaşacaq.

“Neftçi” ikinci təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Jelezniçar" komandasını mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

“Qəbələ” Kiprin "Omoniya" klubunu məğlub etsə, növbəti mərhələdə "Midtullan" (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları avqustun 10-17-də keçiriləcək. “Sabah” və “Qəbələ” ilk matçlarını evdə, “Neftçi” isə səfərdə oynayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM