satellite   Azerspace-1: 11135 H 30000

“Neftçi” klubu növbəti transferini reallaşdırıb

“Neftçi” klubu növbəti transferini reallaşdırıb

Bakının “Neftçi” klubu növbəti transferini həyata keçirib.

Naxçıvan televiziyası kluba istinadla xəbər verir ki, fransalı futbolçu Ervin Koffi ilə ikiillik müqavilə bağlanıb.

İyirmi səkkiz yaşlı sağ cinah müdafiəçisi komandanın heyətində 99 nömrəli formanı geyinəcək.

Ervin Koffi Fransanın “Şatoru” (2015-ci il), “Loryan” (2015-2018), “Pau” (2020-2023), Kiprin “Anortosis” (2018-2020) və “Olimpiakos” (Nikosiya, 2020) klublarında çıxış edib. Əslən Kot-d’İvuardan olan Koffi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, eləcə də təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayevlə anlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM