satellite   Azerspace-1: 11135 H 30000

“Qəbələ” klubu “Omoniya” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

“Qəbələ” klubu “Omoniya” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

“Qəbələ” futbol klubunun Konfrans Liqasının ikinci təsnifat mərhələsində Kiprin “Omoniya” komandası ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Naxçıvan televiziyası xəbər verir ki, heyətdə qapıçılar -Kristof Atanqana, Elməddin Sultanov, müdafiəçilər - İlkin Qırtımov, Zurab Oçiqava, Lukas Afriko, Rauf Hüseynli, Nicat Əliyev, Murad Musayev, Hüseyn Mürsəlov, Ürfan Abbasov, yarımmüdafiəçilər - Feras Abu-Akel, Gilad Abramov, Əyyub Allaş, Asif Məmmədov, Mehrac Baxşəli, Bilel Auaşeriya, Əhməd İsaiah, hücumçular - Emil Səfərov, Omar Hani, Ülvi İskəndərov, Yaovi Akakpo və Osama Xalayla yer alıblar.

Qeyd edək ki, “Qəbələ” ilə “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab matçı isə avqustun 3-də Nikosiyada keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM