satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan - Belçika oyununun hakimləri bəlli olub

Azərbaycan - Belçika oyununun hakimləri bəlli olub

Bakıda Azərbaycan və Belçika komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb.

Naxçıvan televiziyası UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə edilib.

FİFA referisi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da gerçəkləşəcək Azərbaycan - Belçika görüşü saat 17:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM