satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Voleybol Federasiyasına yeni sədr seçilib - FOTOLAR

Naxçıvan Voleybol Federasiyasına yeni sədr seçilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Voleybol Federasiyasına yeni sədr seçilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının iclası keçirilib. İclasın gündəliyində Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.

İclasda federasiya sədrinin seçilməsi məsələsinə baxılıb. Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyevin Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Vüqar Əliyev Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri seçilib.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli idi.

                                                  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM