satellite   Azerspace-1: 11135 H 30000

Belçika millisini Bakıda 180-ə yaxın azarkeş dəstəkləyəcək

Belçika millisini Bakıda 180-ə yaxın azarkeş dəstəkləyəcək

Belçika millisi Bakıda Azərbaycana qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyununda dəstəksiz qalmayacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə jurnalistlərə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, rəqibi 180-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Federasiya rəsmisi Belçika yığmasının bu gün, saat 22:00-da Bakıya çatacağını söyləyib: "Bilgeh Vech" hotelində məskunlaşacaq komanda qarşılaşma başa çatan kimi geri dönəcək. Sentyabrın 8-də, saat 14:00-da isə baş məşqçi Domeniko Tedeskonun mətbuat konfransı keçiriləcək".

Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da reallaşacaq Azərbaycan - Belçika görüşü saat 17:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM