satellite   Azerspace-1: 11135 H 30000

"Sabah" və "Kəpəz" futbolçulara, "Səbail" kənar şəxslərə görə cərimələnib

"Sabah" və "Kəpəz" futbolçulara, "Səbail" kənar şəxslərə görə cərimələnib

AFFA İntizam Komitəsi "Sabah" və "Kəpəz" klublarını cərimələyib.

Naxçıvan televiziyası milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "bayquşlar" 5 oyunçusu "Turan Tovuz"a 0:3 hesabı ilə uduzduqları V turun görüşündə sarı vərəqə ilə cəzalandığı üçün 700 manat ödəyəcək.

Gəncə təmsilçisinin isə 4 üzvü "Araz-Naxçıvan"a 1:2 hesabı ilə yenildikləri qarşılaşmada eyni aqibəti yaşayıb və klubu 700 manat ziyana salıb.

"Səbail" klubu "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyi matçda meydana kənar şəxslərin daxil olması ucbatından 800 manat cərimələnib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM