satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan - İordaniya oyununu türkiyəli hakim idarə edəcək

Azərbaycan - İordaniya oyununu türkiyəli hakim idarə edəcək

Bakıda Azərbaycan və İordaniyanın futbol üzrə milliləri arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun təyinatları bəlli olub.

Naxçıvan televiziyası xəbər verir ki, qarşılaşma Türkiyədən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Arda Kardeşlerə yan xətt hakimləri Ceyhun Sesigüzel və İbrahim Çağlar Uyarcan köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını azərbaycanlı Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 12-də "Dalğa Arena"da oynanılacaq Azərbaycan - İordaniya görüşü saat 20:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM