satellite   Azerspace-1: 11135 H 30000

AFFA II Liqa komandasına texniki məğlubiyyət verib

AFFA II Liqa komandasına texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi II Liqa komandası “Baku Sportinq”ə texniki məğlubiyyət verib.

Naxçıvan televiziyası xəbər verir ki, buna “Ağdaş”a qarşı keçirilən II turun oyunundakı qayda pozuntusu səbəb olub.

Belə ki, matçın rəsmi protokolunda adı olmayan Elgün Abbaslı 58-ci dəqiqədə “Baku Sportinq”in heyətində meydana çıxıb. Bu, adıçəkilən komandanın 0:3 hesablı texniki məğlubiyyət alması ilə nəticələnib. “Baku Sportinq” həmçinin 400 manat cərimələnib.

Qeyd edək ki, Ağdaşda keçirilən görüşdə “Baku Sportinq” 4:2 hesablı qələbə qazanmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM